Təşəbbüskarın uğurlu bir iş yaratmaq üçün bazar tendensiyalarını, istehlakçıları, rəqabəti və hər şeyi nəzərə almaq kimi bir çox öhdəliyi var. Konsultasiya Şirkətləri təşkilatda mövcud olmayan və ya müəyyən bir müddət ərzində mövcud struktura lazımı effektiv peşəkar xidmət göstərir.
Mövcud iqtisadi mühitdə müəssisələrin xərcləri aşağıda saxlayarkən fərqlənmək, əməliyyatlarını gücləndirmək və gəlirlərini artırmaq yollarını tapması vacibdir. Bu kimi böyük və əsas hətta şirkətin dəyərinə bilavastə təsir göstərən məsələlərlər ilə məşğul olmaq çətin və yorucu ola bilir. Ola bilsin ki, bu kimi öhdəliklərin tamamını və ya bir hissəsini, bölməsini (Satış, Muhasibat, Marketing və s.) konsaltinq şirkətlərinə həvalə etmək heç də pis fikir deyil. Beləliklə kimdi bu Məsləhətçilər (Konsultant).
Müxtəlif şirkətlərdə ixtisaslarına uyğun olaraq uzun təcrübə keçmiş, eləcədə həm nəzəri həm də praktiki baxımdan güclü bazası olan fərdlər və ya işdən azad olunmuş insanlar, bu insanlardan təşkil olunmuş şirkətlər.
Ola bilsin ki, bu məsləhətçilər, gündəlik iş rejimində çalışan işçilər olsun, onlar iş vaxtından sonra müstəqil konsultasiya xidməti göstərə bilirlər.
Xidmətlərimiz : 1)Şirkətin maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən və qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik 2)Əməyin mühafizəsi üzrə 5 ildən artıq təcrübəmizə əsaslanaraq yerli qanunvericilik və beynəlxalq standartların tələblərini müvəffəqiyyətlə tətbiq edirik 3)Əmək Məcəlləsinin 64-cü maddəsinə və Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli 38 saylı Qərarına əsasən əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir 4)Kadr məsələlərinə dair xidmətlərimiz Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə yüksək səviyyədə riayət etməklə icra edilir 5)İdxal və ixrac əməliyyatları ilə məşğul olan yerli və xarici şirkətlərə kompleks gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edirik 6)Xarici şirkətlərin filial və nümayəndəliklərində, eləcə də yerli şirkətlərdə çalışan əcnəbi vətəndaşlara miqrasiya məsələləri üzrə xidmətlərimizi təklif edirik