Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətini gücləndirmək, özünə inam hissini yaratmaq və həmyaşıdları ilə oynamaqları üçün əlverişli mühit olur. Uşaqlar həm də valideynlərinin köməyi olmadan tapşırıqları yerinə yetirə və qərar verə biləcəklərini öyrənirlər.
Sosial və mənəvi inkişaf Öz davranışlarını idarə etmə bacarığının mənimsənilməsi məktəbəqədər təhsilin önəmli hissəsidir. Uşaqlar səbrli olmağı, əllərini necə qaldırmağı öyrənirlər. Onlarda növbə anlayışı formalaşır. Uşaqlar gündəlik rejimə, qaydalara riayət etməyi və gözləməyi öyrənirlər. Keyfiyyətli məktəbəqədər təhsil qrupları uşaqlara araşdırma, təcrübə etmə və söhbət yolu ilə öz suallarına cavab tapmağa kömək edir. Məktəbəqədər qrupa gedən uşaq həm də valideynlərindən ayrı qalmağa alışır.