Onlayn təhsil - zaman və məkan sərhədlərini aşaraq öyrənmə və tədrisin həyata keçirildiyi bir təhsil sistemidir. Kompüteriniz olduğu müddətdə internetin köməyi ilə təhsil ala, dərs vasitələrinə, mövzuların video-materiallarına asanlıqla əldə edə bilərsiniz.
İnternet sayəsində zaman və məkandan asılı olmayaraq özünüzü inkişaf etdirə bilərsiniz. İnternetə çıxışımız nə qədər asan olsa, online kurslardan yararlanmaq bir o qədər asan olar. Və bu zaman qarşımıza online təhsil platforması çıxır.
Ənənəvi təhsildəki problemlər nələrdir? Əvvəla, nüfuzlu bir ali təhsil müəssəsinə daxil olmaq üçün repetitorlara, müəllimlərə minlərlə manat pul xərcləmək lazım gəlir. Bütün bu xərclər, dolu siniflər və yolda itirilən vaxtla tam olaraq nə istədiyinizi öyrənmək şansınız olmur. Onlayn təhsil müasir təhsildə ən böyük inqilabdır. Bunun səbəbi sistemdə böyük bir dəyişiklik etmiş olması və öyrənmək istəyən hər kəs üçün böyük imkanlar yaratmasıdır. Bununla birlikdə, onlayn təhsil hələ də stereotiplərdən ibarətdir. İnsanlar çox vaxt universitetə daxil olmaq üçün onlayn təhsilin kifayət olmadığını düşünürlər. Bu iddialar bir çox insanı onlayn kurslardan çəkindirir.